!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elif Şəfəqin batan Günəşi: Ədəbi korun sülh arzusu - AMMA NECƏ? / Aqil Bəkir yazır

!Reklam – Yazi

Sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları soyqırıma məruz qalmış, yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının ağrısına, acısına illərlə səssiz qalanların, bunu görməzdən gələnlərin dilini və gözünü açdı. Amma təəssüf ki, gözü ilə gördüyünü dilinə gətirə bilməyənlər susmaq yerinə Azərbaycanın haqlı mübarizəsində ona əngəl olmağa, haqqı danmağa başladılar.

Haqqı dilə gətirməyənlər büründülər “sülh” donuna və beləliklə, mənim insanıma “insanlıq dərsi” verməyə cəhd göstərdilər.

Müharibə istəmirlərmiş

İstəməməyin də təhəri var axı… Azərbaycan-Ermənistan münaqişəsində müharibə tərəfdarı olmayanlar, olmazmı ki, sülhə çağırış edərkən haqqın səfində yer tutsunlar, haqqı desinlər? Olmazmı ki, “Sülh istəyirik, ancaq Ermənistan da təcavüzünə son qoymalıdır”, – desinlər? Birtərəfli mühakimələrlə, sülhə çağırışlarla Azərbaycanı təcavüzçü, işğalçı yerinə qoymaq nə deməkdir?

Yoxsa haqdan qorxurlar?

Qorxursunuz?

Aqil Bəkir

Dünən axşam Türkiyənin tanınmış yazıçısı, Azərbaycanda da müəyyən oxucu kütləsi olan Elif Şəfəq “Twitter”də bir paylaşım edib. PKK terror təşkilatının siyasi qolu hesab edilən Xalqların Demokratik Partiyası (HDP) sədrinin müavini, erməni millət vəkili Qaro Paylanın Qarabağda dağılmış kilsədə musiqi ifa edilən (Ermənistan bu kilsənin Azərbaycanın hücumu nəticəsində dağıdıldığını iddia etsə də, Müdafiə Nazirliyi kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını açıqlamışdı) paylaşımını “retweet”ləyən Elif Şəfəq, “Sülhə inanan və sülhü müdafiə etməkdən imtina etməyən hər kəs üçündür bu paylaşım… Dağıntılar arasında sənət”, – deyə də qeyd edib.

Sülh istəmək pis bir şey deyil. Ancaq sülhü belə istəyərlər? Haqqı tapdalayıb sülh istəmək nə zamandan bəri insanlıq olub?

Elif Şəfəq xanım guya sülh arzusunu dilə gətirir, ancaq bu istəyində Azərbaycanı işğalçı, təcavüzkar obrazında göstərmək cəhdi var. Bu paylaşımı ilə Paylanın Azərbaycanı barbar kimi tanıtmaq niyyətini açıq-aşkar dəstəkləyən Elif Şəfəq adı kimi olmağı bacarmadığını göstərmiş oldu.

“Sənətdə düşmənlik olmaz, yoxdur” düşüncəsində olsam da, deyə bilərəm ki, mənim üçün Elif Şəfəq artıq yoxdur. Ta ki üzr istəyənədək…

Yəqin, Elif xanım bilmir ki, bu mövqeyi ilə nə qədər oxucu itirdi. Eybi yox, bilər.

Ümid edirəm ki, Elif Şəfəq də bir gün “Eşq” romanında yazdığı kimi, “Haqq yolu ilə getmək ürək işidir, ağıl yox” sözlərini tam mənası ilə dərk edər.

Amma hələ ki Elif Şəfəqə bir veto!

www.yenicag.az

2131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv