Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Emil Bədəlov çıxılmaz vəziyyətdə - Pulla bağlı "RAZBORKA"

Müğənni Emil Bədəlovun başına iş gəlib.

Yenicag.az-a açıqlama verən sənətçi dəvət aldığı toyların birində oxuduğunu, amma pulunun verilmədiyini deyib:

emiiiiiil“Yasamalda şadlıq saraylarının birində yarımsaatlıq toya çağırmışdılar. Axşam getdim, oxudum, gördüm ki, ev yiyəsindən xəbər çıxmır. Bir az foyedə gözlədim ki, pulu gətirib versinlər. Heç mənə tərəf baxan da olmadı, çıxdım gəldim evə. Dedim, yəqin başları qarışıqdır, səhər göndərərlər. Gündüz saat 12-də bir də gördüm evi yiyəsi zəng edib ki, bu nə hərəkətdir edirsən? Soruşdum ki, nolub, neyləmişəm ki? Dedi, səni toya dəvət etmişəm, gözlədik, niyə gəlib çıxmadın? And-aman elədim ki, toyunuzda oxudum, foyedə də gözlədim, sizdən xəbər çıxmadı. Dedim inanmırsınızsa, inzibatçıdan da soruşa bilərsiz, videogörüntüyə də baxın. Sonradan bəlli oldu ki, eyni şadlıq sarayında iki toy varmış, mən kiçik zal əvəzinə, böyük zalda oxumuşam. Oxumağım özümə qaldı. Qazancımdan da oldum”.

Cəvahir Səlimqızı
Yenicag.az

www.yenicag.az

952
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100