Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın işğalçılıq siyasətinə dair İctimai Forum – Fotolar  

Bakıda Ermənistanın işğalçılıq siyasətinin ifşasına həsr olunmuş geniş tərkibli Beynəlxalq Forum təşkil edilib.

 

Yenicag.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda İctimai Forum baş tutub.

Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, media, millət vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak ediblər.

Tədbiri açan BMAM sədri Rufiz Qonaqov Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinin yaratdığı problemlərdən və regional təhlükəsizliyə təsirindən ətraflı bəhs edib:

“Azərbaycanın sülh təşəbbüslərinə və dinc qonşuluq prinsipinə hörmət etməsinə baxmayaraq, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana, onun rəhbərliyinə dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək”.

Forumda ilk məruzəni təqdim edən Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev nitqində bildirib ki, Ermənistan özünün işğalçılıq siyasətinə görə mütləq cavab verəcəyini dərk edir:

“Bunu Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan Ordusu heç vaxt bu işğalı qəbul etməyəcək və bir qarış torpağımız da düşmən işğalında qalmayacaq”.

Forumda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə” mövzusunda məruzə edən Milli Məclisin deputatı Elman Nəsirli Qarabağ münaqişəsinin indiyə kimi ədalətli həllini tapmamasını dini faktorla əlaqələndirib:

“İşğalçı Ermənistan və Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya xristian ölkələridir, işğaldan əziyyət çəkən Azərbaycan isə müsəlman dövlətidir. Ona görə də münaqişə indiyə kimi həll olunmur. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində olsa da, vasitəçi dövlətlər hüququn işləkliyini təmin etmək istəmirlər. Ancaq Azərbaycanın gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəs şübhə ilə yanaşmasın”.

Qarabağ Araşdırmalar Mərkəzinin sədri, professor Elçin Əhmədov, Milli Məclisin deputatı Hikmət Məmmədov, filologiya elmləri doktoru Rövşən Məmmədov, keçmiş maliyyə naziri Fikrət Yusifov, media rəhbərlərindən Aynur Camalqızı və Ülviyyə Abdullayeva öz məruzələrində Qarabağ münaqişəsini müxtəlif aspektlərdən təhlil etdilər.

Forum məruzələr ətrafında çıxışlarla başa çatdı.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

723
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100