!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hövsan sakinlərinin “BakuBus” NARAZILIĞI: Şirkətin yarıtmaz fəaliyyəti əhalini boğaza yığıb – FOTO

!Reklam – Yazi

“175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusları dayanacaqda 25-35 dəqiqə gözləməli oluruq”.

Yenicag.az xəbər verir ki, “BakuBus” MMC-yə aid olan və Hövsan qəsəbəsi – “28 May” metrostansiyası istiqamətləri üzrə fəaliyyət göstərən 175 nömrəli marşrut xətti ilə bağlı ciddi problemlər var. Sakinlərin çoxsaylı şikayət və narazılığına baxmayaraq, bu problemin həlli üçün heç bir addım atılmır.

Bununla bağlı redaksiyamıza müraciət edən vətəndaş Eldar Fərəcov bildirib ki, 175 nömrəli marşrut xəttinin fəaliyyəti acınacaqlı vəziyyətdədir:

“Hövsanda MİDA-nın binaları təhvil veriləndən sonra 175 nömrəli marşrut xəttinin sonuncu dayanacağı oraya köçürüldü. Buna etirazımız yoxdur. Orada yaşayan insanların da avtobusdan istifadə etmək hüquqları var.

Lakin məsələ burasındadır ki, o halda avtobuslar arasında interval mütləq azaldılmalı olsa da, artırılıb. Hazırda 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusları dayanacaqda 25-35 dəqiqə gözləməli oluruq. Bu nə dərəcədə doğrudur?

Hövsandakı MİDA 1-də və MİDA 2-də 6 min 500 mənzil var. Hər mənzildə 3 nəfərin yaşadığını hesab etsək, bu, 20 minə yaxın insan deməkdir. Xətt üzrə isə cəmi 13-15 avtobus hərəkət edir. Hövsandan “28 May” metrostansiyasının qarşısına qədər olan məsafə isə 25-30 kilometrdir. Buna görə də vaxtlı-vaxtında avtobus tapmaq mümkün olmur. Problemin həlli üçün müvafiq qurumlara kütləvi müraciət edəcəyik”.

Qeyd edək ki, şikayətlə bağlı “BakuBus” MMC-nin mövqeyini öyrənmək üçün (012) 404-11-10 nömrəli telefona etdiyimiz davamlı zənglərə cavab verən tapılmadı.

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv