!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Facebook" bu paylaşımları siləcək - FOTO

!Reklam – Yazi

Sosial şəbəkə nəhəngi “Facebook” ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərindən öncə platformada paylaşılan “deepfake” texnologiyası ilə hazırlanmış videoları siləcəyini açıqlayıb.

Yenicag.az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət həmçinin süni intellektdən istifadə edilərək üzərində dəyişiklik edilmiş və məzmunu fərqli olan video, şəkil və digər media məzmunlarını da siləcək. Yeni qaydalar yumor məqsədilə hazırlanan videolara isə şamil ediməyəcək.

Bundan başqa şirkət ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin açıqlama verdiyi videolarla bağlı düzəlişlərin isə yeni tənzimləmələrdən kənarda qaldığını və platformadan silinməyəcəyini açıqlayıb. Lakin “Facebook” bunun əvəzinə Pelosiyə aid videoların paylaşılmasına məhdudiyyət gətirərək, bunların saxta olmasına dair istifadəçilərə xəbərdarlıq göndərəcək.

Qeyd edək ki, Pelosiyə aid bir çox videoya sosial şəbəkə üzərində müdaxilələr edilmiş, ona aid açıqlamalarda spikerin sözü uzadırmış və ya təkrarlayırmış kimi göstərilmişdi.

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv