!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda qrip virusu yayıldı

!Reklam – Yazi

Gürcüstanda qrip virusunun yayılması laborator şəraitdə artıq təsdiq olunub.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, laborator müayinə zamanı 10 haldan 7-də virus qripi təsdiq olunub: “Lakin həkimlər qriplə bağlı vəziyyətin gələcəkdə kəskinləşməsi üçün hələ əsas görmürlər”.

A.Qamkrelidze ölkə əhalisini qripə qarşı peyvənd olunmağa çağırıb: “Bununla yanaşı, gigiyena normalarına riayət etmək, otağın havasını dəyişdirmək, həmçinin yüksək temperatur olduğu halda, ailənin bütün üzvlərinin həkimə müraciət etməsi lazımdır”.

Mərkəz rəhbəri bildirib ki, dövlətin dəstəyi ilə qripə qarşı 39 min nəfər, daha 10 min nəfər isə özəl sektorun dəstəyi ilə peyvənd olunub./Report/

www.yenicag.az

2377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv