!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Hacıbaba Bağırov son nəfəsində dedi ki..." - Dostu illər sonra GİZLİNLƏRİ AÇDI

!Reklam – Yazi

Bu gün xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun doğum günüdür. Sağ olsaydı, dostlarını başına yığıb, 85 yaşının dadını çıxaracaqdı, amma sən saydığını say… Onun yoxluğuyla bizi 11 illik zaman kəsiyi ayırır.

Sənət dostu, əməkdar artist Novruz Qartal mərhum aktyorla bağlı xatirələrini Yenicag.az-ın oxucuları ilə bölüşüb:

“Hacıbaba ilə yaxın dost olmuşuq, ömrünün son dəqiqəsində də onun yanında olmuşam. Bilirdim ki, artıq sondur, xəstəlik öz işini görüb. Müalicə olunduğu xəstəxanaya gəldim, otaqda heç kim yox idi, əlimdən tutdu, kövrəldi. Dedi ki, “Novruz, niyə bu günə düşdüm?”. Ürək-dirək verdim ki, yaxşı görünürsən, sağalacaqsan, yenə teatra qayıdacaqsan. Heç nə demədi, qəhər onu boğdu. Bir neçə dəqiqədən sonra ovcumdakı əli buz kimi soyudu… Sən demə, elə son nəfəsiymiş. Xəstəliklə barışmaq istəmirdi, arzuları vardı. 75 illik yubileyinin qeyd olunmasını istəyirdi, amma görə bilmədi.. ”.

Sənət dostunun sözlərinə görə, H. Bağırov xəstəliyinin şiddətlənməsinə baxmayaraq səhnəyə çıxıb və “Bankir adaxlı” tamaşasında oynayıb:

“Halı özündə deyildi, amma dedi ki, səhnəyə çıxmalıyam. “Bankir adaxlı” tamaşasında oynayanda xəstəxanada müalicə olunurdu. Bu insan səhnənin fədaisi idi. Səhnədə hər zaman gülən və insanları güldürən Hacıbaba həyatda çox sərt və tələbkar insan idi. Rəhbərlik etdiyi teatrda nizam-intizama riayət olunmasına fikir verirdi. Bəzən çox əsəbi olurdu, amma kinli deyildi. Tez özündən çıxdığı kimi, tez də hirsi soyuyurdu”.

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

3319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv