Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Himnimizdə bədbinlik yaradan bir cümlə də yoxdur" - Qənirə Paşayeva

Reklam: High Technic

Milli Məclisdə bu gün keçirilən müzakirələrdə himnimizlə bağlı iradların əsassız olduğu bildirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Dövlət himni ilə bağlı qanun layihəsi müzakirə edilən zaman çıxış edən deputat Qənirə Paşayeva himnimizlə bağlı bəzi iradlara son qoyulmasını tələb edib.

Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycan himni Cümhuriyyətimizlə eyni dövrdə doğulub, tarixi, siyasi gerçəklikləri özündə əks etdirir:

“Biz uzun illərdir ki, aşağı siniflərdə oxuyan uşaqlarımıza himnimizin müəllifləri barədə məlumatlar verirdik. Artıq həmin uşaqlar tələbədirlər. Biz bu gün onlara deməliyik ki, himnimizlə bağlı anlaşılmazlıqlar var. Bu necə olar bilər? Buna son qoymaq lazımdır. Bəziləri səsləndirir ki, Azərbaycan himni bədbinlik doğurur. Belə fikirləşmirəm. Azərbaycan himnində bədbinlik doğuran bir cümlə belə yoxdur. Himnimiz yarandığı dövrün tarixi gerçəkliklərini əks etdirir. Məsələn, “hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”. Hər kəsin yaşamaq hüququ var. Həmin əsgərlər yaşamaq hüququndan keçərək qəhrəman olublar, Cümhuriyyəti qurublar. Azərbaycan himninin sözləri Əhməd Cavad, musiqisi isə Üzeyir Hacıbəyliə məxsusdur”.

Qənirə Paşayeva sonda qeyd edib ki, bu müzakirələrə son qoyulmalıdır, Əhməd Cavadın da, Üzeyir bəyin də ruhu şad olmalıdır.

www.yenicag.az

2915
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM