!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İftixar Qurbanov: “Koronavirusa yoluxan məhbusların hamısı sağalıb”

!Reklam – Yazi

“Penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma yoxdur və hamısı sağalıb”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov onlayn müzakirə zamanı deyib.

Onun sözlərinə görə, məhbuslar Baş Tibb İdarəsinin müəssisəsində müayinə və müalicə olunurlar: “Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Rəis müavini qeyd edib ki, penitensiar müəssisələrdə epidemioloji gərgin mühit yoxdur və nəzarət tədbirləri davam etdirilir: “Hazırda əsas işimiz infeksiyaların aşkarlanmasına, əlaqələrin nəzarətdə saxlanılmasına və müalicənin həyata keçirilməsinə yönəlib”.

Qeyd edilib ki, məhbuslar arasında yoluxma hallarının baş verməməsi üçün qoruyucu vasitələrdən istifadə edilir, sosial məsafə və digər qaydalara əməl edilir.

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv