!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki nəfəri bıçaqlayan şəxs tutuldu - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 4-dən 5-ə keçən gecə cinayət hadisəsini törədən şəhər sakini Azər Vəliyev isti izlərlə yaxalanaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, A. Vəliyev mübahisə zəminində 1992-ci il təvəllüdlü Müşfiq Qurban oğlu Əfəndiyevə və 1985-ci il təvəllüdlü Nəcəf Elxan oğlu Hüseynova bıçaqla ağır xəsarət yetirib. Hər iki yaralının xəstəxanada müalicəsi davam edir. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv