!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki rayonun polis rəisi dəyişdirildi

!Reklam – Yazi

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.

www.yenicag.az

3756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv