!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İran rejimi üçün “FATİHƏ” SİQNALLARI: “Din pərdəsi altında əl atmadıqları cinayət qalmayıb” – REAKSİYA

!Reklam – Yazi

“Etiraz dalğasının genişlənməsinin bir səbəbi də polis qüvvələrinin nümayişçilər qarşısında aciz qalmasıdır”.

Bu fikirləri İranda 22 yaşlı Mehsa Əmininin “geyim qaydaları”nı pozmaqda suçlanaraq polislər tərəfindən qətlə yetirilməsinə qarşı başlayan geniş etiraz hərəkatının mümkün inkişafını dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, gənc xanımın qətlinə yönəlik etirazlar İranda gerçək inqilabi şərait yaradıb:

“Bildiyiniz kimi, İranda rejim əleyhinə vüsət alan etiraz dalğasının əsas zəmini Mehsa Əmini adlı gənc xanımın geyim qaydalarını pozmaq suçu ilə qətlə yetirilməsi oldu.

Artıq neçə gündür İranın böyüklü-kiçikli, az qala bütün şəhərlərində çoxminlik etiraz nümayişləri keçirilir, rejimin bu kimi vəhşi əməllərinə son qoymaq tələb olunur.

Yəni bu aksiyalar elə miqyas alıb ki, İranın bütün əyalətlərini əhatə edir və rejimin əl atdığı tədbirlərə baxmayaraq, bu dalğa getdikcə böyüyür. Burada diqqət çəkən əsas məqam həm də budur ki, nümayişlərin avanqard qüvvəsini cəsur xanımlar təşkil edirlər.

Onlar üzləşdikləri zorakılıqlara rəğmən, aksiyaların səngiməsinə imkan vermirlər və gündən-günə daha çox qadın nümayişkar tərzdə öz baş örtüyünü yandırmaqdadır.

Xalqın rejimdən narazılığı o qədər güclüdür ki, Əmininin öldürülməsinə görə başlayan etirazlar artıq rejimin çökdürülməsi məqsədi daşıyan hərəkata çevrilməkdədir.

Hər kəs bezib, hamı narazıdır. İran hakimiyyəti dünyanın bir çox yerlərində pozucu fəaliyyətlərə böyük pullar sovurur, amma xalq səfalət içindədir, din pərdəsi altında əl atmadıqları cinayət qalmayıb.

Təsəvvür edin ki, polis artıq bu nümayişlərin qarşısını ala bilmir. Etiraz dalğasının genişlənməsinin bir səbəbi də polis qüvvələrinin nümayişçilər qarşısında aciz qalmasıdır.

Eyni zamanda, Güney Azərbaycanın bütün böyük şəhərlərində də davamlı aksiyalar keçirilməkdədir və o nümayişlərdə əsas şüarlar molla rejiminin əleyhinə yönəlib. Qarşıdakı günlərdə bu hərəkatın daha da genişlənəcəyi gözlənilir”.

A.Zeynalov

www.yenicag.az

478
Ads
www.veteninfo.com
!Reklam – Arxiv