Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran Trampı məhkəməyə verəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin öldürülməsi əmrini verdiyinə görə ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi bildirib.

“Biz ABŞ Prezidentini əsas təqsirləndirilən şəxs kimi qəbul edirik”, – deyə İran Ali Məhkəməsinin sədri vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ ilə İran Ali Məhkəməsinin nəzdində İnsan Hüquqları Şurası və Xarici İşlər Nazirliyi məşğul olmalıdır.

Ali Məhkəmənin sədri bununla bağlı hansı beynəlxalq təşkilata müraciət ediləcəyi haqda məlumat verməyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. (APA)

www.yenicag.az

539
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100