!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın İsrail VAHİMƏSİ: “Fars rejimi bu addımı atmağa məcburdur” - ŞƏRH

!Reklam – Yazi

“Əgər partlayışların arxasında İsrailin olduğu rəsmi elan olunarsa, İran illərdir ki, İsrailə qarşı apardığı təbliğata sadiq qalaraq qarşılıq vermək məcburiyyətində qalacaq”.

Bunu mediada yayılan İranda partlayışların səbəbi kimi Ermənistanın göstərilməsi iddialarına münasibət bildirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, dronlarla stratejik hərbi obyektlərin vurulması ilə bağlı nə İran, nə də hücumu gerçəkləşdirən tərəf rəsmi açıqlama verib:

“Rəsmi Tehran partlayışların texniki nasazlıq səbəbilə baş verdiyini bildirib. İran partlayışın İsrail tərəfindən gerçəkləşdirildiyi, yaxud hücum nəticəsində baş verən hadisə olmasilə bağlı hər hansı mövqe göstərməməyə çalışır. Maraqlıdır ki, İsrailin Baş naziri Netanyahunun “Sineqoqa edilən hücumun qarşılığı amansız olacaq” açıqlamasından başqa ciddi reaksiya yoxdur.

Əldə olunan görüntülər hərbi obyektlərin vurulmasilə bağlı Tehrana qarşı ciddi kampaniya keçirilməkdə olduğunu deməyə əsas verir.

Mediada dronların Ermənistan ərazisindən keçirilərək İranda partladılması ilə bağlı məlumatlar dərc olunur. Fikrimcə, belə iddiaların ortaya atılmasının arxasında məhz İran dayanır. Buna səbəb isə İranın İsraillə baş-başa gəlməkdən qorxmasıdır. Əgər partlayışların arxasında İsralinin olduğu rəsmi elan olunarsa, İran illərdir ki, İsrailə qarşı apardığı təbliğata sadiq qalaraq qarşılıq vermək məcburiyyətində qalacaq. Lakin İran indiki halda kifayət qədər qorxu altındadır.

Aylardır ki, İran xalq üsyanlarını yatıra bilmir. Dron hücumlarını İsrailin gerçəkləşdirdiyini İran rəsmi olaraq elan etsə, İsraillə hərbi qarşıdurma yaran bilər. Bu onsuz da daxildən zəifləyən İran üçün parçalanmaya qədər gətirib çıxara bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv