!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"KİVDF-nin pul ayırdığı qəzetlər bazarlarda istifadə olunur..." - Deputat

!Reklam – Yazi

“Azərbaycanda media sahəsində də köklü islahatlar aparılmalıdır, jurnalistikamızın nüfuzu qalxmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

Deputat deyib ki, Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun funksiyaları dəyişdirilməlidir:

“Əgər KİVDF-nin fəaliyyət istiqaməti dəyişdirilsə, o zaman onun strukturunda da dəyişiklik olacaq. Düşünürəm ki, KİVDF ayrı-ayrı qəzetlərə vəsait ayırmaq əvəzinə, maddi və sosial vəziyyəti aşağı olan peşəkar jurnalistlərə fərdi şəkildə yardım göstərməlidir. Çünki KİVDF-nin pul ayırdığı qəzetləri oxuyan yoxdur. Həmin qəzetlərə pul ayrılır, çap olunur, sonra da bazarlarda istifadə olunur. Mən əsəblərimi qorumaq üçün həmin qəzetləri oxumuram. Ona görə də köklü islahatlar aparılmasına böyük ehtiyac var. Bilirsiniz, nə qədər qanun qəbul edilsə belə, jurnalistikamız özü müsbətə doğru dəyişməlidir. Açığı deyim ki, jurnalistikamızın indiki səviyyəsi qənaətbəxş deyil, mən bu bu vəziyyətdən narazıyam. Mediamızda çoxlu sayda mənasız yazılar, şayiələr və dedi-qodular gedir. Bütün bunlar mediamızın səviyyəsini aşağı salıb. Yaxşı xatırlayıram ki, 1990-cı illərin əvvəllərində qəzetlərin böyük nüfuzu var idi, insanlar mətbuata inanırdılar. Azərbaycanda elə jurnalistlərimiz olub ki, onların adı gələndə hər kəs ayağa qalxırdı. İndi o jurnalistlər yoxa çıxıb. Mətbuatımızın indiki vəziyyətinə də baxsaq, görərik ki, qəzet oxuyan yoxdur. Bəzən fikir səsləndirirlər ki, guya çap mediasının dövrü gedib və sairə. Bu, əsla belə deyil. Sadəcə olaraq, mediamız nüfuzunu itirib. Əgər jurnalistikamız yaxşı dolanmaq istəyirsə, ilk növbədə özündə islahat aparmalıdır. Bu problem pulla həll olunası məsələ deyil. Bəzən belə fikirlər də səsləndirirlər ki, guya Azərbaycan mediası Zərdabi jurnalistikasından “CNN jurnalistikası”na keçib. Bu, gülünc doğurur. Adama sual verərlər ki, sənin “CNN jurnalistikası”na keçməyin üçün ilk növbədə onun dilini bilməyin lazımdır. Digər tərəfdən isə CNN qədər nüfuzun və pulun olmalıdır. Son vaxtlar tez-tez müqayisə aparırlar ki, Azərbaycan mediası Cənubi Qafqaz regionunda liderdir və sairə. Bu müqayisə ilə Qafqazın jurnalistikasına baxın da!”.

A.Əlizadə əlavə edib ki, Azərbaycan mediası günün çağırışlarına cavab verməlidir, dövrün tələbləri ilə ayaqlaşmağı bacarmalıdır.

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv