Arzu Oqtay: “Əgər bu həqiqətləri pul xərcləmədən yaya bilirəmsə…” – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin 3 avqust tarixində keçirdiyi Mükafatlandırma Mərasimində iştirak etmək üçün vətənə gələnlərdən biri də Avropa Azərbaycanlıları Konqresinin baş katibi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtaydır.

Səfər çərçivəsində Arzu Oqtay Yenicag.az-a müsahibə verib.

Arzu Oqtay Azərbaycan diasporasının gücü barəsində danışarkən qeyd edib ki, diasporamız hələ gəncdir:

“Ermənilər çalışırlar ki, ABŞ-da erməni “soyqırım”ını tanıtsınlar, ancaq buna nail ola bilməyiblər. Biz isə gənc diaspora olaraq ABŞ-ın bir sıra ştatlarında Xocalı soyqırımını tanıda bilmişik. Hər dəfə deyirlər ki, erməni diasporası bizdən güclüdür, bununla razılaşmıram. Biz – dünyaya səpələnmiş azərbaycanlılar çox iş görmüşük”.

Diaspora Komitəsinin dəstəyinə gəldikdə isə Arzu Oqtay qeyd edib ki, komitədən gördüyü işə görə pul almağı düzgün hesab etmir:

“Mən bir azərbaycanlı kimi yaşadığım ölkədə Azərbaycan həqiqətlərini çatdırmaq üçün Diaspora Komitəsindən yardım almalıyam? Əgər bu həqiqətləri pul xərcləmədən yaya bilirəmsə, komitədən niyə pul istəməliyəm? Öz gördüyüm işə görə kimdənsə maddi dəstək alsam, onda o mənim gördüyüm iş sayılmaz”.

Arzu Oqtayla müsahibəni geniş şəkildə videodan izləyə bilərsiniz:

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1810
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."