Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü

AMEA Dilçilik İnstitutu koronavirusa yoluxan və buna görə hazırda ev şəraitində müalicə edilən professor İdris Abbasovla bağlı məlumat yayıb.

İnstitutun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir:

“Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər”.

www.yenicag.az

322
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100