Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Koronavirusun yaratdığı PSİXOLOJİ DURUM: “İnsanların bir qismi həyəcanlı, digər qismi laqeyddir”

“Koronavirus təhlükəsinin doğurduğu stress və qorxunu psixoloji cəhətdən güclü olmaqla, aradan qaldırmaq mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji gərginliyi aradan qaldırmağın yollarından danışan psixoloq İlahə Dadaşova deyib.

İlahə Dadaşova hesab edir ki, hazırda cəmiyyətdə psixoloji vəziyyət birmənalı deyil – insanların bir hissəsi koronavirusla əlaqədar təşviş içində, digər hissəsi isə həddindən artıq laqeyd vəziyyətdədir:

“Birinci qrup insanlar istənilən məsələyə həyəcanla reaksiya verirlər və təşviş pozuntusundan əziyyət çəkirlər. O insanlar verilən təlimatları həyata keçirəndə də narahat vəziyyətdə olurlar və bununla özlərinin immun sistemini daha da zəiflədirlər.

İkinci qrup insanlar isə verilən təlimatlara əməl etməkdən yayınırlar, özlərini və ətraflarını təhlükəyə atırlar”.

Psixoloq vurğulayıb ki, insanlar mövcud vəziyyətdə virus qorxusundan azad olmaq üçün bir sıra sakitləşdirici addımlar ata bilərlər:

“Qorxu və stress yaşayan insanlar virusla bağlı yayılan hər xəbərlərə inanmamalı, əsasən, rəsmi məlumatlara etimadla yanaşmalıdırlar. Onların hətta virusla əlaqədar sosial şəbəkələrdə yayılan səs yazılarını dinləməmələri daha doğru olar.

Eyni zamanda, sağlam qidalanmaya üstünlük verilməlidir. Unutmayaq ki, sağlam qidalar immuniteti çox sürətlə möhkəmləndirir və virusa qarşı müqavimət yaradır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1726
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100