!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun yeni təhlükəli mənbəyi: “Heyvanlar da insanları yoluxdura bilər” – Ekspertdən TÖVSİYƏ

!Reklam – Yazi

“Azərbaycanda isə bu günə qədər hansısa heyvanlarda koronavirus simptomlarının olması ilə bağlı araşdırma aparılmayıb”.

Hazırda bir çox ölkələrdə vəhşi və ev heyvanlarının koronavirus daşıyıcısı olması ehtimalı ciddi şəkildə tədqiq olunur. Bu araşdırma nəticəsində Rusiyanın əlaqədar rəsmi qurumları bəzi heyvanlarda koronavirusun əlamətlərini müəyyən ediblər. Məlumata əsasən, pişiklərdə, su samurunda və itlərdə koronavirus əlamətləri müəyyən olunub. Açıqlanan bu informasiya Azərbaycanda da heyvanlarda koronavirus simptomlarının olub-olmaması məsələsini aktuallaşdırıb.

Məsələ ilə bağlı Yenicag.az-a danışan tibb eksperti Rasif Bağırov bildirib ki, ölkəmizdə heyvanlardan insana koronavirus ötürülməsi halı araşdırılmayıb. Bu istiqamətdə tədqiqatın aparılması üçün xüsusi mərkəzin yaradılmasına ehtiyac var:

“Koronavirus mövzusunun gündəmə gəldiyi ilk vaxtdan etibarən, heyvanların da bu virusun daşıyıcısı olduğu bəyan edilib. Lakin virusun heyvanlardan insanlara keçməsi ilə bağlı araşdırmalardan məlum olub ki, heyvanlarda olan koronavirus insanlara keçmir.

Koronavirusun ilk olaraq, yarasadan insana keçdiyi və sonra bütün dünyaya yayıldığı qeyd olunurdu. Ancaq insanın virus daşıyıcısı olan heyvanla uzunmüddətli kontaktı olmalıdır ki, virus insana keçə bilsin. Yəni bir-iki təmas nəticəsində virusun heyvandan insana keçməsi aşkar olunmayıb.

Azərbaycanda isə bu günə qədər hansısa heyvanlarda koronavirus simptomlarının olması ilə bağlı araşdırma aparılmayıb. Ümumilikdə xəstə heyvanlarla uzunmüddətli kontakt fonunda insanın da xəstələnməyi mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

1126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv