Reklam: High Technic
hightechnic

Lənkəranda Amerika kəpənəyinə qarşı mübarizə davam edir

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) ikinci nəslinə qarşı növbəti dəfə fitosanitar müşahidələr və mübarizə tədbirləri həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Kənarmeşə kəndində 190 hektar, Osaküçə kəndində 240 hektar, Veravul kəndində 220 hektar sahədə müşahidə aparılıb və sirayətlənmə aşkar edilmiş ümumilikdə 218 hektar əkin sahəsində adıçəkilən zərərvericiyə qarşı kimyəvi mübarizə aparılıb. Dövlət hesabına həyata keçirilən mübarizə tədbirində Diflobezron tərkibli Xetenazon  preparatından (100 qr/1 ha) istifadə olunub.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi  ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə  vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.

Karantin zərərvericisi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar

www.yenicag.az

1696