Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Makedoniya adını dəyişəcəkmi? - Referendum başladı

Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında referendumun səsverməsi başlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verirki, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Referendum “Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmanı dəstəkləyirsiz?” sualını cavablamaq üçün həyata keçirilir.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün seçicilərin yarısından çoxunun iştirakı mütləq sayılır.

Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.

Qeyd edək ki, ölkələr arasında saziş NATO və Avropa İttifaqına yol açır.

www.yenicag.az

3103
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM