Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Maşından əlini çəkən xalq artisti: “Hərəsinin dalında bir adamı var” – VİDEO

“Maşın şou”dan əlini götürərək gedən xalq artisti Fatma Mahmudova sarsıldığını, hətta teatra belə qayıtmaq istəmədiyini bildirib.

Yenicag.az-a açıqlama verən aktrisa əsəbiləşərək maşından əlini çəkdiyni deyib:

“Canımı boğazıma yığdılar. Məcbur olub, bu addımı atdım. Hərəsinin dalında bir adamı var, amma mənim adamım yox idi. Adamım məni sevən tamaşaçılarım və xalqımdır. Onlar məni şouda saxladılar və axıracan da saxlayacaqdılar. Mən güclü rəqib idim, bunu qəbul edə bilmirdilər”.

Xalq artisti tamaşaçılara və şounun aparıcısı Muad Dadaşova qarşı haqsızlıq etdiyini də etiraf edib:

“Hesab edirəm ki, əlimi maşından götürməklə Murad Dadaşova və məni sevən tamaşaçılarıma haqsızlıq etdim. Çox pis haldayam, stress içindəyəm. Heç teatra da getmək istəmirəm. Əlim hər şeydən soyuyub. Məni çox əsəbiləşdirdilər. Hörmət etdiyim şəxslər mənə quyu qazdılar. Arxamdan iş çevirdilər. O cavanların yüzünü sənətimlə, qabiliyyətimlə yerə vuraram. Dedilər ki, ayağım şişib, ayaq üstə dayana bilmirəm. Bax, sənə nə var mənim ayağım şişdi, ya şişmədi?”

Cəvahir

www.yenicag.az

5410
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM