!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhsuldarlıq göstəricilərinə SÜNİ MÜDAXİLƏ: “Statistika Komitəsi real vəziyyəti açıqlamalı və...”

!Reklam – Yazi

“Yalnız dənli bitkilərin deyil, eləcə də əksər bitkilərin məhsuldarlıq göstəricilərinə süni şəkildə müdaxilə olunur”.

Bu fikirləri aqrar sahədə məhsuldarlıq göstəricilərinin reallığa uyğunluğunu qiymətləndirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məhsuldarlıqla bağlı real vəziyyəti açıqlaması zəruridir:

“Təəssüf ki, məhsuldarlıq məsələsində açıq müşahidə olunan manipulyasiyaya yol verilir. Məsələn, ötən ilin sonunda elan olunmuşdu ki, ölkədə 1 milyon 58 min hektar ərazidə payızlıq dənli bitki əkilib. Bu rəqəm məhsul yığımının ilkin mərhələsində səsləndirilib. Lakin yığım prosesi başa çatdıqdan sonra istifadə olunan əkin ərazisinin elan ediləndən 125 min hektar az olduğu üzə çıxdı.

Bu proses məhsuldarlığı artırmaq məqsədilə həyata keçirirlir. Acınacaqlı haldır ki, yalnız dənli bitkilərin deyil, eləcə də əksər bitkilərin məhsuldarlıq göstəricilərinə süni şəkildə müdaxilə olunur. Konkret desək, taxılın bir hektar üzrə məhsuldarlığı 27 sentner olduğu halda, bu göstəricinin 31 sentner kimi təqdim edilməsi hallarına da rast gəlinir.

Burada məqsəd məhsuldarlığı yüksək göstərmək olsa da, fakt ondan ibarətdir ki, ictimaiyyət yanlış məlumatlarla aldadılır. Lakin nəzərə almaq lazımdır ki, məhsuldarlığın bu yolla artırılması mümkün deyil. Bu işlərdə dəqiq hesablamalar aparmadan və real vəziyyəti bilmədən nə edəcəyimizi müəyyənləşdirməyimiz imkansızdır.

Ona görə də, ilk növbədə statistik rəqəmlər düzgün göstərilməlidir ki, məhsuldarlıqda həqiqətən artımın olub-olmadığını müəyyən edə bilək. Artım və azalmanın səbəblərini aydınlaşdırmaq lazımdır. Bu sahədə problem düşündüyümüzdən daha ciddidir.

Məhsuldarlıqla bağlı manipulyasiya fonunda bizim xaricdən məhsul idxalımızın həcmi artır. Bu səbəbdən, Dövlət Statistika Komitəsinin məhsuldarlıqla bağlı real vəziyyəti açıqlaması zəruridir. Əkin sahələri və məhsuldarlıq göstəriciləri həqiqi rəqəmlərlə təqdim edilməlidir. Son zamanlar məhsuldarlığın azalması həm də iqlim şəraiti ilə sıx əlaqəlidir. Bu amil məhsulların keyfiyyətinin getdikcə aşağı düşməsinə səbəb olur. Ancaq bu problemə də hələ ki lazımi diqqət yetirilmir”.

Yusif Səmədzadə

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv