Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Reklam: High Technic

Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Ailə, qadın və uşaq komitəsinin səlahiyyəti artırılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilir.

Qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq./Report/

www.yenicag.az

1121
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100