!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

!Reklam – Yazi

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.

Yenicag.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən plenar iclasda 28 məsələ müzakirə olunub.

Əksəriyyəti 2-ci cə 3-cü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 5 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si , iyulun 9-da və 12-də keçirilib.

Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib.

 

www.yenicag.az

3915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv