!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ordusunun Baş Qərargah rəisi dəyişdi: Yeni rəis kimdir? - DOSYE

!Reklam – Yazi

ABŞ Baş Qərargah rəisi, general Cozef Dunford yerini Quru Qoşunları komandiri general Mark Milleyə təhvil verib.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, vəzifə dəyişikliyi Virciniya ştatında yerləşən “Myer-Henderson” hərbi bazasında reallaşıb.

Tədbirdə ABŞ prezidenti Donald Tramp, prezidentin köməkçisi Maykl Pens, Xarici işlər naziri Maykl Pompeo və ABŞ Müdafiə naziri Mark Esper iştirak edib.

“ABŞ ordusunu dünyanın ən güclü ordusuna çevirmək reallaşdı. Bu istiqamətdə general Cozef Dunfordun da böyük xidmətləri olmuşdur” – deyə, Tramp keçmiş Qərargah rəisi haqqında fikir bildirib.

ABŞ-ın 20-ci Baş Qərargah rəyisi olan Milley ordu daxilində güclü nüfuza malikdir. Onu ən çox tanıtdıran səbəb isə, qadınların aktiv döyüş zonalarında iştirak etməsi üçün verdiyi dəstəkdir.

Milley həmçinin ən kritik və məxfi məlumatların araşdırılmasında xüsusi rola malikdir.

ABŞ Senatı da, Milleyin bu vəzifəyə gəlməsi üçün keçirdiyi səsvermə zamanı 89 razılığa qarşılıq yanlız bir “xeyr” deyib.

O, 2015-ci ildən bu yana Quru Qoşunları komandiri kimi fəaliyyət göstərib. Keçmiş prezident Barak Obama zamanında vəzifəyə gətirilən Milley, Trampın qərarı ilə daaha iki il müddətində Quru Qoşunları komandiri olaraq vəzifəsinin icrasına davam edib.

Əfqanıstan və digər qaynar nöqtələrlə bağlı bir çox gizli araşdırmaya rəhbərlik edib.

Qeyd edək ki, Tramp hələ keçən ildən Mark Milleyi bu vəzifə üçün namizəd kimi göstərib.

Həşim Səhrablı 

www.yenicag.az

1206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv