Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Nigeriya millisi dünya çempionatında

Reklam: Sinerji Pro

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, turnirin Afrika üzrə seçmə mərhələsində uğurlu çıxış edən Nigeriya yığması mundiala vəsiqə qazanıb. B qrupunda Zambiya, Kamerun və Əlcəzairlə mübarizə aparan sözügedən kollektiv 4 qələbə, 1 heç-heçə sayəsində 13 xalla sona bir tur qalmış liderdi. Bu komanda noyabrın 6-da səfərdə Əlcəzairə qarşı keçirəcəyi oyunda uduzsa belə, rəqibləri üçün əlçatmaz olaraq qalacaq.

Qeyd edək ki, Əlcəzair DÇ-2018-ə vəsiqə qazanan 12-ci komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə və İspaniya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

www.yenicag.az

1544
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM