Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Norveç futbolunda gender bərabərliyi - Qadınlarla kişilərə eyni maaş

Reklam: High Technic

Norveç Futbol Federasiyası bundan sonra kişi və qadınlardan ibarət yığma komandaların hər bir futbolçusunun bərabər məbləğdə maaş alacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu qərarın ardından qadınlardan ibarət millinin üzvləri birdən-birə ikiqat maaş artımına seviniblər. Belə ki, bu vaxta qədər 3,1 milyon Norveç kronu (təxminən 660 min AZN) qazanan qadın futbolçular bundan sonra 6 milyon kron gəlir əldə edəcəklər. Hansı ki, Norveçin kişilərdən ibarət əsas yığmasının üzvləri də elə bir o qədər qazanırlar.

Maraq üçün xatırladaq ki, Norveçin əsas yığma komandası artıq bizim üçün başa çatan DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda mübarizə aparırdı. Komandamız bu rəqibinə Bakıda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzub.

www.yenicag.az

1220
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100