Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ölümündən 18 saat əvvəl evləndi

ABŞ-dan olan qadın “xərçəngin caynaqlarından” qurtula bilməsə də, ölümündən bir neçə saat öncə ailə qurmağa imkan tapıb.

Yenicag.az xəbər verir ki, Hezer Lindsi adlı qadın təxminən bir il süd vəzisi xərçəngi ilə mübarizə aparıb. Nişanlısı Devid Moşer 2016-cı ilin dekabrında ona evlənmə təklif etməyə hazırlaşıb. Lakin həmin vaxt Lindsiyə xərçəng diaqnozu qoyulub. Bununla belə Devid onunla ailə qurmaq niyyətindən imtina etməyib.

Toy xəstəxənada baş tutub. Həmin vaxta qədər gəlin süni nəfəs aparatından istifadə etməli olub. Nikahdan 18 saat sonra Hezer dünyasını dəyişib. Rəfiqəsinin sözlərinə görə, Devidin qərarlılığını görən Hezer ölümdən qorxmayıb.

Xatırladaq ki, 2014-cü ildə flippinli Rouden Qo ölümünə bir gün qalmış ailə qurmağa imkan tapıb. İyulun 8-ə təyin olunan toy may ayında Roudendə dördüncü dərəcəli xərçəng xəstəliyinin aşkarlanmasıyla təxirə salınıb. İyulun 18-də baş tutan toy mərasimindən çəkilən görüntülər bir ay ərzində milyonlarla baxış toplayıb. Bu günə qədər video 15 milyondan çox izlənilib.

www.yenicag.az

2054
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM