Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oqtay Əsədov: "Ulu öndər hakimiyyətə qayıtması ilə xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı"

Sabah Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, o günlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək ərəfəsində idi: “Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda xalq üzünü Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndərdi.

Ulu öndər hakimiyyətə qayıtması ilə xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Bu zaman Azərbaycanın müasir dövlətin hədəfləri müəyyənləşdi. Ona görə biz hər il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edirik. Fürsətdən istifadə edib hamımızı təbrik edirəm. Azərbaycan xalqına inkişaf arzulayıram”.

Loading...

www.yenicag.az

4892
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100