!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistandakı hadisələrdə "Amerika barmağı": "İmran Xanın xarici siyasəti onun başına bəla oldu" - ŞƏRH

!Reklam – Yazi

“Pakistanda olan proseslər daha çox xarici siyasət və təhlükəsizliklə bağlıdır”.

Bu fikirləri Pakistanın Baş naziri İmran Xana qarşı etimadsızlıq nümayiş etdirilməsinin səbəbləri və yaxın günlərdə ölkədə baş verə biləcək proseslər haqqında fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şahinoğlu Xana qarşı etimadsızlığın daha çox Rusiya ilə bağlı olduğunu bildirib:

“Pakistanda olan proseslər daha çox xarici siyasət və təhlükəsizliklə bağlıdır. Ölkə daxilində müxalifətlə iqtidar, generalitetlə baş nazir arasında anlaşılmazlıqlar olur, ancaq daha çox korrupsiyaya görə. Vaxtilə Bənazir Bhuttonu, Nəvaz Şərifi də korrupsiyada ittiham etmişdilər. Ancaq İmran Xanla bağlı vəziyyət fərqlidir. Düzdür, onunla bağlı da ittihamlar səsləndirilir, ancaq, deyəsən, İmran Xanın xarici siyasəti onun başına bəla oldu. İmran Xan Çin və Rusiya ilə çox sıx əlaqələr qurub. Çinlə əlaqələr anlaşılandır, bu, Hindistana qarşı yönəlib. Lakin Rusiya ilə bağlı yürüdülən yeni siyasətdir. Pakistanın heç zaman, Sovet dönəmində belə Rusiya ilə elə bir yaxınlığı olmayıb.

İmran Xan çox ciddi ittihamlar da irəli sürür ki, müxalifəti Amerika idarə edir. O belə bir iddia ilə də çıxış edir ki, müxalifət nümayəndələri tez-tez ABŞ səfirliyində görüşlər keçirirlər. Artıq generallar da İmran Xan hakimiyyətinin əleyhinə çıxıblar. Pakistanda Müdafiə Nazirliyi siyasi proseslərə təsiri olan institutdur. Bəzən son söz məhz generalların olur. Görünür, Rusiya ilə yaxınlıq hansısa generalların da xoşuna gəlməyib. Düyməyə basılıb. İran Xan başqası ilə əvəz olunacaq.

Yeni hökumət də İmran Xanın addımlarından dərs çıxarmalı olacaq. Rusiya və Çinlə olan əlaqələrdə ehtiyatlı davranmalıdır. Demək olmaz ki, yeni baş nazir ölkəni rahatlıqla idarə edəcək. Çünki Pakistanın da problemləri az deyil”.

Aqil Bəkir

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv