Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Papadan lal uşağa jest: "Buraxın, oynasın"- VİDEO

Roma Papası Fransiskin Vatikanda çıxışı zamanı zalda maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, səhnəyə çıxan azyaşlı oğlan Papanın yanında dayanan mühafizəçiyə yaxınlaşaraq onunla oynamaq istəyib.

Mühafizəçinin qolunu dartan uşaq onun reaksiya vermədiyini gördükdə səhnədə dövrə vurub. Bir neçə saniyə sonra uşağın bacısı səhnəyə çıxaraq qardaşını düşürməyə çalışsa da, cəhdləri boşa çıxıb.

Bu zaman uşağın anası səhnəyə gələrək Papadan üzr istəyib, bildirib ki, övladı danışma və eşitmə qüsurludur. Papa isə “buraxın oynasın”, – deyib və gülümsəyərək uşağı sığallayıb.

“Bu uşaq lal və kardır. O, danışa bilmir, amma ünsiyyət yarada bilir. Burada məni düşündürən bir məqam var. O da uşağın sərbəstliyidir. O, azaddır, istədiyini edir. Məni bir şey düşündürür: görəsən, mən də Allah qarşısında belə azadam?” – Papa söyləyib.

Onun bu sözləri alqışlanıb.

Papanın dediyinə görə səhnəyə çıxan ailə əslən Argentinadandır./Sputniknews/

 

www.yenicag.az

3563
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100