Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Polislər Oqtay Qasımovun görüşlərinə mane olur - FOTO/VİDEO

Reklam: High Technic

18 saylı Nərimanov – Nizami seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olan Oqtay Qasımovun seçicilərlə görüşünə polis müdaxiləsi olub.

Yenicag.az xəbər verir ki, Nizami rayon Əli Vəliyev küçəsində keçirilən görüşə polis müdaxiləsi olub. Oqtay Qasımovun seçicilərlər görüşünə mane olmaq üçün əraziyə gələn 10 nəfər polis əməkdaşı seçicilərlə namizədin görüşünə mane olublar.

Əldə etdiyimiz məlumata görə, bu cür müdaxilələr təbliğat dövrü demək olar ki, hər gün davam edib:

Yanvar ayının 24-də Oqtay Qasımovun ərazidə yerləşən qapalı(10 saylı cəzaçəkmə məntəqəsi) seçki məntəqəsində seçiiclərlə görüş və seçki günü müşahidə aparılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlikdən bununla bağlı cavab verilməyib. Seçki məntəqələrində quraşdırılan müşahidə kameralarının işlək vəziyyətdə olub-olmaması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinəedilən yazılı müraciət də nazirlik tərəfindən cavablandırılmayıb.

Bütün bunlarla bərabər, Oqtay Qasımovun təbliğat şəkilləri qəsdən cırılaraq, yararsız hala salınır./Sozcu.az/

Loading...

www.yenicag.az

884
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100