Bakıda uşaq sığınacağı önündə insident: Qadın iki dəfə polis çağırdı - VİDEO
Bakıda beş gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bundan sonra bir qadın həmin sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran qadın gələn polislərə də hədə-qorxu gəlib və təkrar “102” Xidmətinə zəng vurub.