!Reklam

Bolqarıstanda təbii qazın daxili istehlakının təxminən üçdə bir hissəsi Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin olunur. Bu barədə Trend-ə bu gün ICGB operator şirkətindən bildiriblər. "İnterkonnektorun ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və bunun yarısından çoxu 25 illik müqavilələrlə rezerv olunub. Qalan həcmlər Avropanın iki aparıcı hərrac məkanı olan PRISMA və RBP-də təklif olunur". Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-dən istifadəyə verilib.