!Reklam

Heç düşünmüsüz ki, qoşa kombinasiyalı və ya el arasında “zerkalı nömrə” kimi tanınan dövlət qeydiyyat nişanlarının alış-verişindən dövlət büdcəsi nə qədər vəsait itirir? Yollarda seçilmək üçün “gözəl nömrə”lərə bir ətək pul verməyə hazır olanların istəklərini monetizasiya etmək sizcə heç kimin ağlına gəlməyib? Gəlib! Prezident İlham Əliyev hətta bununla bağlı tapşırıq da vermişdi. Ölkə başçısının bir neçə il bundan öncə imzaladığı müvafiq fərmanında belə bir bənd var idi ki, dövlət qeydiyyat nişanlarının hərrac yolu ilə satılması üçün konkret təkliflər işlənilsin… Amma müvafiq qurumlar bu təklifləri hazırlamadı. Anladığınız kimi, “alver” davam etdi! Kimlərsə şəxsi büdcəsini doldurduğu halda, itirən yenə də dövlət büdcəsi oldu…