!Reklam

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycanda qadına qarşı zorakılıq və qadın qətlləri hər gün artırmada davam edir. Belə ki, cari ilin 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər də üstünlük təşkil edib. Qəribədir ki, ailədə fiziki və psixoloji zorakılıqla üzləşən qadınlar hüquq-mühafizə orqanlarına müraciət etsələr də, çox hallarda onların şikayəti təmin olunmur. Müvafiq qurumlar sadəcə tərəfləri barışdırmaqla problemin həllinə can atırlar. Bu isə ailədaxili məşiət zorakılığı faktların azalmasının qarşısını almır.

"Atam Heydər Əliyev də Müslüm Maqomayevin fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq".

"Bolt" taksi şirkəti kartla ödəniş edildiyi zaman sürücülərin pulunu verməkdən boyun qaçırır. Şirkətin bu addımı sürücüləri də hövsələdən çıxardır və onlar kartla ödəniş etmiş sərnişini daşımaqdan imtina edirlər. Məsələn, sərnişin şikayətlərinin birində qeyd olunur ki, "Hyundai Sonata" markalı 90-PZ-103 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü kartla ödənişin sərf etmədiyini bildirərək sərnişini düşürüb. Maraqlıdır ki, son zamanlar "Bolt"la bağlı bu cür şikayətlər artsa da, şirkət qətiyyən cəzalandırılmır.