!Reklam

Xəbər verildiyi kimi, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

İstirahət günündə - aprelin 3-də Bakıdakı gecə klublarının birində baş verən partlayışın dalğası hələ də hiss edilməkdədir. Məlum bədbəxt hadisədən sonra bölünməyə çox maraqlı olan azərbaycanlılar yenə iki və daha çox hissələrə bölünüb başladılar, fərqli mülahizələr irəli sürməyə, işin içinə Allahı qatıb peyğəmbərlik etməyə.

Azərbaycanda şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilməsi və aktuallığının daim təmin edilməsi planlaşdırılır.