!Reklam

Ölkəmizdə bir neçə həftədir ki, koronavirusa yoluxanların sayı ikirəqəmli həddə düşüb. Artıq əvvəlki kimi koronavirus pandemiyası qorxu və stressə də səbəb olmur. Buna baxmayaraq, sərt karantin şərtləri qalmaqda davam edir. Hətta bəzi ölkələrdə açıq havada maskadan istifadə də ləğv olunduğu halda, ölkəmizdə karantin rejiminin yumşaldılmaması sual doğurur.

Xocalı rayonunun Fərrux kəndi ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı insan skeletləri aşkar edilib. İnsan qalıqlarının Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.