!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda sərt karantin müəmması: Yoluxma minimuma enib, bəs rejim niyə ləğv edilmir?

!Reklam – Yazi

Ölkəmizdə bir neçə həftədir ki, koronavirusa yoluxanların sayı ikirəqəmli həddə düşüb. Artıq əvvəlki kimi koronavirus pandemiyası qorxu və stressə də səbəb olmur. Buna baxmayaraq, sərt karantin şərtləri qalmaqda davam edir. Hətta bəzi ölkələrdə açıq havada maskadan istifadə də ləğv olunduğu halda, ölkəmizdə karantin rejiminin yumşaldılmaması sual doğurur.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, dünyanın bir sıra ölkələrində karantin rejimi artıq aradan qaldırılır. Bu fonda ölkəmizdə də sərt karantini ləğv etmək olar:

“Demək olar ki, artıq koronavirus pandemiyasına yoluxanlara rast gəlinmir. Yoluxma sayı da kifayət qədər aşağı səviyyədədir. Sadəcə karantin rejiminin ləğv edilməməsinin səbəbi naməlumdur. Bu, Operativ Qərargahda oturanların gəldiyi qənaətə əsasən verilən qərardır. Bütün hallarda, Azərbaycanda sərt karantin qaydalarını aradan götürmək olar. Çünki karantinin uzadılmasına səbəb olacaq ciddi səbəb qalmayıb”.

Gülşən Şərif

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv