!Reklam

Müştəri məmnuniyyətinə hər zaman böyük önəm verən Ziraat Bank Azərbaycan, məhsul çeşidini genişləndirərək Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində fondun vəsaiti hesabına aşağı faizli ipoteka kreditlərinin verilməsinə başlamışdır.  Bank tərəfindən təqdim edilən məlumata əsasən müştərilərə adi və güzəştli ipoteka kreditləri təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, minimal faiz dərəcəsi isə 7% təşkil edir.