!Reklam

“Nar” Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdən birini ziyarət edib. Müdafiə Nazirliyinin dəstəyi ilə mobil operator qalib Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb və Novruz çərşənbəsini onlarla birgə qeyd edib. “Nar” azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr təqdim edib. Məqsəd Vətən keşiyində duran Ordumuzun əsgərlərinə olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir.