!Reklam

Ukraynaya hərbi hücumdan sonra dünyanın bir sıra şirkətləri Rusiyadan üz döndərib. Bu şirkətlərdən biri də "McDonald`s"dır. Belə ki, bir çox Qərb şirkətləri kimi "McDonald’s" da Rusiya bazarından imtina etmək qərarına gəlib. "McDonald`s"ın Rusiyada 62 000 işçisi, yüzlərlə yerli təchizatçı və tərəfdaşının olmasına baxmayaraq, şirkət buradakı 850 restoranını müvəqqəti olaraq bağlayır.

Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu geridə qalıb. Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-də Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-də Belarusun Brest vilayətində keçirilib. Bu görüşlərdə tərəflər arasında konkret razılaşma əldə edilməyib. Üçüncü görüşdə isə Kreml Kiyevdən Krımın ilhaqını və təktərəfli müstəqilliyini elan edən Donbas və Donetskin müstəqilliyinin tanınmasını istəyib. Bundan başqa, Rusiya tərəfi Ukraynanın silahsızlaşdırılıb neytral ölkə olmasını da tələb edib.