!Reklam

Son vaxtlar ölkədə 2013-cü ildə tədavülə buraxılmış bir dolların 100, 1000, 3000 manata satın alınacağı ilə bağlı elanlara rast gəlinir. İddialara görə, həmin əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın "Twitter"dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan "Bitcoin"lə dəyişəcəyini bildirib.

İlk dəfədir ki, Rusiya Müdafi Nazirliyinin rəsmi açıqlamasında Azərbaycan Respublikasının sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan ərazisində atəşkəsin ermənilər tərəfindən pozulduğu bildirilir. Atəşkəsin məhz qanunsuz erməni hərbi birləşmələri tərəfindən pozulduğu şübhə doğurmasa da, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında reallığın olduğu kimi ifadə olunması Azərbaycan cəmiyyətində təəccüblə qarşılanıb. Hər kəs Rusiya Müdafiə Nazirliyinin hansı səbəblərdən obyektiv informasiya yaydığını təxmin etməyə çalışır.