!Reklam

“Transit for Baku” layihəsinin açıqlamasına görə, Bakıda “Google Maps” xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək. Buna səbəb kimi BNA-nın ictimai nəqliyyatda dəyişikliklər barədə məlumatlandırmada çox gecikdiyi, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olduğu və ya məlumatlandırmanın reallığa uyğun olmadığı, məlumatlandırmanın dəyişiklik baş verəndən sonra yerinə yetirildiyi, bəzən isə rəsmi məlumatlandırmanın, ümumiyyətlə, olmadığı göstərilir.