Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.
Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
15 dekabr 2021-ci il tarixində, saat 13.00-da (World Business Center Konfrans Salonu, 2-ci mərtəbə, Səməd Vurğun 43) TÜİB üzvlərinin Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və fondun digər səlahiyyətli şəxslərinin iştirakı ilə sual-cavab formatında görüşü keçiriləcəkdir.
“Davam” Gənclər Hərəkatı tərəfindən 6-13 dekabr tarixlərini əhatə edən “Könüllü həftəsi” həyata keçirilib. “Könüllü həftəsi” könüllülərin qiymətləndirilməsi ilə start götürüb. […]