Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
İşğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad edilməsi üçün ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin bir illiyi tamam olur. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, Beyləqan rayonunda da yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3,9 faiz artaraq 86,6 milyard manata çatacaq.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər tarixinin birinci ildönümünə həsr olunmuş “Zəfər Günümüz Mübarək!” adlı fləşmob keçirilib.