Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan Könüllülərinin “Zəfər Günü” fləşmobu - FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər tarixinin birinci ildönümünə həsr olunmuş “Zəfər Günümüz Mübarək!” adlı fləşmob keçirilib.

Yenicag.az xəbər verir ki, ölkənin aparıcı könüllü təşkilatlarının könüllülərinin iştirak etdiyi fləşmobda gənclər əllərində Azərbaycan bayrağı və “Zəfər Günümüz Mübarək!” yazısını əks etdirən xüsusi hazırlanmış plakatlarla paytaxtın mərkəzi küçələrində toplaşaraq bayram abu-havası yaradıblar. Çox keçmədən fləşmob sakinlərin diqqətini çəkib və onlar da könüllülərə qoşularaq tarixi qələbimizlə bağlı yaşadıqları sevinci iştirakçılarla birgə bölüşüb, keçirdikləri qürur hissini nümayiş etdiriblər.

Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi hesab edən qalib ölkənin gəncləri bu qələbədən çox böyük ruh yüksəkliyi keçirdiklərini və işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi istiqamətində Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə atılacaq bütün lazımi addımları dəstəkləməyə hazır olduqlarını bildiriblər.

www.yenicag.az

230
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100