Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.
Azərbaycan Yüksəliş Partiyasının təşəbbüsü, Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin təşkilatçılığı, Azərbaycanın siyasi partiya liderlərinin və fəallarının iştirakı ilə “28 aprel istilası fonunda müasir təhlükələr və çağırışlar” adlı zoom-konfrans keçirilib.
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin xarici mətbuata sızan gizli səs yazısı ilə əlaqədar diplomatı sorğu-suala çağırıb.
Şəmkirin həbs olunan icra başçısı Alimpaşa Məmmədov bir sıra qanunsuz əməlləri ilə yanaşı, rayonda sayılıb-seçilən nüfuzlu şəxslərin gözdən salınması, əlində olan media resursları vasitəsi ilə onlara qarşı qarayaxma kampaniyalarının aparılması, həmin adamların müəyyən formalarla təqib edilməsi ilə məşğul idi.