!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azadlıq aşiqi AZAD – Qəhrəman şəhidin adı belə əbədiləşdirildi - VİDEO

!Reklam – Yazi

Vətən müharibəsi şəhidi Baş leytenant Azad Hümbətovun xatirsi əbədiləşdirilib.

Yenicag.az xəbər verir ki, qəhrəman şəhidin vaxtilə yaşadığı binanın qarşısında abidəsinin açılış mərasimi olub.

Mərasimdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Sahib Alıyev, qazilər, şəhid Azad Hümbətovun ailəsi, dostları, yaxınları, eləcə də digər rəsmi qonaqlar Azadın əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

Qeyd edək ki Azad Hümbətov 24 yanvar 1996-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Azad 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İkinci Fəxri Xiyabanda dəfn olunan şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi qəhramanı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha ətraflı videomaterialda:

Cəvahir
Cavid
Gündüz

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv